Uşaqlarda "Ckeck Up" necə aparılmalıdır?


Digərləri 08 İyn 2019 20:10:00 236 0

Uşaqlarda "Ckeck Up" necə aparılmalıdır?

"Ckeck Up" ciddi xəstəlik əlaməti olmadan xəstəliklərin yoxlanılması, ümumi sağlamlıq müayinəsidir. Çünki bəzi xəstəliklərdə proseslər gizli gedə bilir və əvvəlcədən diaqnozun qoyulması isə əmələ gələ biləcək fəsadların qarşısını almağa və problemi daha rahat müalicə etməyə imkan verir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.

Əgər hər hansı bir xroniki xəstəlik yoxdursa, "Check up" da edilən təhlillərə qanın ümumi analizi, qaraciyər və böyrəyin funksional testləri, tiroid analizləri, ağciyərin rentgenoqrafiyası, sidiyin ümumi analizi, qarın boşluğunun ultrasonqrafiyası, və .s daxildir.

Təbii ki, "Check up" hər uşağa görə dəyişə bilir. Uşağın həmin andakı sağlamlıq vəziyyəti, risk faktorları, müayinəsində aşkarlanan problemləri də analiz etdikdən sonra "chek up"-a həkim tərəfindən bəzi əlavələr oluna bilər.