Uşaqlarda öd daşı nədən yaranır?


Digərləri 08 İyn 2019 19:20:00 539 0

Uşaqlarda öd daşı nədən yaranır?

Böyüklər kimi uşaqlarda da öd daşı xəstəliyinə rast gəlinir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, uşaq cərrahı və uroloqu, uzman həkim Aqil Abilovun açıqladığı məlumata görə, uşaqlarda öddə daşa daha çox qan xəstəliyi, hematonik anemiya ilə bağlı rast gəlinir.

Onun sözlərinə görə, mübadilə pozğunluğu, hər hansı qidanın uyğunsuzluğu, daha çox verilməsi də uşaqlarda öd daşı yaranmasına səbəb ola bilər.

Uşaqlarda öddə daş ağrı, ağızdan kəskin qoxunun gəlməsi, həzm pozğunluğu, qarında sancılar, qəbzlik kimi əlamətlərlə özünü göstərir. Öd daşının ərimə, dərmanla müalicə şansı yoxdur. Kiçik ölçülü daşlar daha təhlükəlidir, çünki asanlıqla öd yoluna düşüb ağır fəsadlar, o cümlədən qaraciyər çatışmazlığına gətirib çıxara bilər.