Bakıda xəstəxanda dünyaya gətirdiyi uşaq yoxa çıxdı "Həkim məni qucaqladı, dedi ki, gəl, bu işdən əl çək"


Digərləri 08 İyn 2019 16:56:00 247 0

Bakıda xəstəxanda dünyaya gətirdiyi uşaq yoxa çıxdı  "Həkim məni qucaqladı, dedi ki, gəl, bu işdən əl çək"

Son.az xəbər verir ki, Bərdə rayon sakini Adıgözəlova Pəri Cahid qızı ölkə.az-a müraciət edib. Müraciətdə bildirilir ki, 2008-ci ildə "Medi lüks" xəstəxanasında dünyaya gətirdiyi oğlan uşağı müəmmalı şəkildə yoxa çıxıb...

- Pəri xanım, bizə müraciətinizdə bildirmişdiniz ki, övladınız naməlum şəkildə "Medi lüks" xəstəxanasından yoxa çıxıb...

- 2005-ci ildə Həmidzadə Elnur Dilqəm oğlu ilə ailə qurmuşam. 2006-cı ildə ilk övladım dünyaya gəlib. 2008-ci ilin fevral ayının 15-də ikinci övladımı dünyaya gətirmək üçün Bakı şəhərinə gəlmişəm. Çünki Bərdədə həkimlər bildirdi ki, qan azlığınız olduğu üçün uşağı Bakıda dünyaya gətirsəniz daha yaxşı olar. Fevralın 15-də Bakıya - Nərimanov rayonunda yerləşən "Medi Lüks" xəstəxanasına getdik. İndi həmin xəstəxana "Baku Medikal Plaza-Medi Lyuks" tibb mərkəzi adlanır. Ginekoloq Rəna Qədimova məni yoxladı və bildirdi ki, hər şey qaydasındadır.  Axşamüstü saat beşdə xəstəxanaya daxil olmağıma və ağrılarıma baxmayaraq, məni gecə saat birdə əməliyyat etdilər. 

- Əməliyyat zamanı "Medi lüks"də ailə üzvlərinizdən kimsə var idimi?

- Atam, anam, həyat yoldaşım, həyat yoldaşımın xalası həmin vaxt "Medi lüks"də olublar. Uşaq olandan sonra anam həkimə deyib ki, Pəri ilə danışmaq istəyirik. Həkim deyib ki, axı Pəri sizə zəng vurub və yaxşı olduğunu deyib. Anam bildirib ki, bizə zəng olmayıb, heç kimlə danışmamışıq. Rəna Qədimova deyib ki, Pərini yenidən oyada bilmərik.  Fevralın 16-na keçən gecə saat üçün yarısında uşağı kənardan həyat yoldaşıma göstəriblər. Yoldaşım deyib ki, uşağın şəklini çəkmək istəyirəm, amma icazə verməyiblər. Anam israr edib ki, mən də uşağı görmək istəyirəm. Ona da uşağı bir az kənardan göstəriblər. Anam deyir ki, göygöz, saçları qara uşaq idi. Səhəri gün anamgil xəstəxanaya qayıdanda Rəna Qədimova bildirib ki, Pərinin vəziyyəti yaxşı deyil, ayılmır. Ailə üzvlərim narahat olublar. Həkimlər anama deyib ki, siz gedəndən yarım saat sonra uşaq öldü. Anamgil də mənim hayıma qalıblar ki, heç olmasa qızımız sağ qalsın. Fevralın 16-da axşamüstü ayılmışdım. Anamgil deyiblər ki, uşağı verin, aparıb dəfn edək. Bildirilib ki, daha iki uşaq da vəfat edib və hamısını morqa aparıblar.

- Hansı morq?

- Bir saylı morqa aparıldığını deyiblər.

- Bunu sizin ananıza kim deyib?

- Rəna Qədimova. Anam deyir ki, mən heç uşaq həkimini görməmişəm, ancaq Rəna həkimi görmüşəm. Bildiriblər ki, uşaq morqa aparılıb, ordan da aparıb dəfn ediblər. Anamgil uzun müddət Rusiyada yaşadıqlarına görə buranın qayda-qanununu bilmirlər. Ona görə də israr etməyiblər. 

- Bizə təqdim etdiyiniz buraxılış kağızı sizə nə vaxt verilib?

- Evə buraxıldığım gün kağızı mənə verdilər. Elə vəziyyətdə idim ki, hətta xəstəxanadan ayaqlayın çıxdım. Ana olan hər kəs nə dediyimi yaxşı başa düşər. 

- Həmin kağızda nə yazılıb?

- Kağızın bir tərəfində mənim barəmdə məlumatlardı, digər tərəfdə isə uşağın boyu, çəkisi 6.6 balla qiymətləndirilib. Yəni, bu göstərici normal hesab edilir. Göstərilir ki, kafi vəziyyətdə uşaq da evə buraxılır. 

- Bəs nə zaman başa düşdünüz ki, bu məsələdə şübhəli məqamlar var?