Bakıda neft qurğusu yandı


Digərləri 08 İyn 2019 13:55:00 904 0

Bakıda neft qurğusu yandı

Bakıda neft qurğusunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın Səbail rayonunda Xəzər dənizində (sahilə yaxın ərazidə) "Xəzər-3" qurğusunda söküntü işləri aparılan zaman baş verib.

Yanğın nəticəsində 50 m² sahədə yağ və mazut qalıqları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.