Azərbaycan-Macarıstan oyununa 7500 bilet satılıb


Digərləri 08 İyn 2019 12:31:23 195 0

Azərbaycan-Macarıstan oyununa 7500 bilet satılıb

Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək futbol üzrə Azərbaycan və Macarıstan milli yığma komandalarının qarşılaşmasına bilet satışı davam edir.

Bakı. Samir Əli - AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda "Bakcell Arena"da keçiriləcək Azərbaycan-Macarıstan matçına bilet satışı davam edir. Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətinin rəhbəri Firuz Abdulla deyib. Onun sözlərinə görə, oyun üçün satışa çıxarılan biletlərdən artıq 7 min 500-ü satılıb: "Hazırda bilet satışı davam etdirilir. Oyunla bağlı stadionda təşkilatçılıq və təhlükəsizlik tədbirləri yüksək səviyyədədir".