Ronaldu öz fiziki formasının sirrini açıqladı


Digərləri 08 İyn 2019 08:48:00 230 0

Ronaldu öz fiziki formasının sirrini açıqladı

34 yaşlı portuqaliyalı hücumçu Kriştianu Ronaldu öz şəxsi normalarına dair sualları cavablandırıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə futbolçu UEFA-nın rəsmi saytına müsahibəsində bildirib.

"Bütün məsələ hazırlıqdadır - bu, mənim əmək etikamdır. 34 yaşında olmağıma baxmayaraq, mən özümü hələ də yaxşı hiss edirəm. Ən əsası sənin beynindir. Vacib olan məsələlərdən biri də özünü motivasiyalı və xoşbəxt  hiss etmək, qoyduğun məqsədə doğru getməkdir. Düşünürəm ki, futbol meydançasında deyiləsi sözüm hələ çoxdur", - deyə Ronaldu bildirib.

O qeyd edib ki, milli yığmanın futbolkasını geyinməkdən həmişə qürur hissi duyur.