ABŞ Meksika ilə immiqrasiya üzrə razılığa gəlib


Dünya 08 İyn 2019 08:33:00 185 0

ABŞ Meksika ilə immiqrasiya üzrə razılığa gəlib

ABŞ Meksika ilə immiqrasiya məsələləri üzrə razılığa gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "ABŞ Meksika ilə imza olunmuş razılaşamaya nail oldu. Bazar ertəsi tətbiq edilməsi planlaşdırılan rüsümların tətbiqi qeyri-müəyyən müddətə dayandırılıb".

ABŞ prezidentinin sözlərinə görə, Meksika öz növbəsində öz immiqrasiya siyasətini sərtləşdirəcək.