Dubayda avtobus qəzasında ölənlərin vətəndaşlıqları məlum olub


Digərləri 08 İyn 2019 08:23:00 166 0

Dubayda avtobus qəzasında ölənlərin vətəndaşlıqları məlum olub

Omanın "Mwasalat" nəqliyyat şirkəti ötən gün Dubayda avtobus qəzası nəticəsində ölənlərin əksəriyyətinin vətəndaşlıqlarını açıqlayıb

Bakı. Omanın "Mwasalat" nəqliyyat şirkəti ötən gün Dubayda avtobus qəzası nəticəsində ölənlərin əksəriyyətinin vətəndaşlıqlarını açıqlayıb. Trend-in məlumatına görə, qəza nəticəsində 11 Hindistan, 2 Pakistan, 1 İrlandiya və 1 Oman vətəndaşı həlak olub. Bildirilir ki, daha 2 nəfərin kimliyi müəyyən edilməyib. Avtobusun sərnişinləri arasında həmçinin Almaniya və Banqladeş vətəndaşlarının da olduğu qeyd edilir. Qeyd edək ki, ümumilikdə qəza nəticəsində 17 nəfər həlak olub, onlardan 15-i hadisə yerində, 2-si isə daha sonra xəstəxanada dünyalarını dəyişiblər.