Carnival Rowun fraqmentləri yayımlandı VİDEO


Digərləri 08 İyn 2019 08:11:00 192 0

Carnival Rowun fraqmentləri yayımlandı  VİDEO

Senarisi Travis Beacham tərəfindən hazırlanmış Carnival Row 2005-ci ildə Guillermo Del Toro layihəsini başlatmışdı.

Chip.az xəbər verir ki, 10 il sonra 2015-ci ildə Amazon senarinin uyğunlaşdırılacağını açıqlamışdı və Del Toronun layihəylə heç bir əlaqəsi qalmamışdı. Travis Beacham isə Peter Cameron və René Echevarria ilə birlikdə layihədə icraçı prodüser olaraq layihədə yoluna davam etdi.

Victorian dövründə fantastik bir dünya təqdim edəcək seriyada, döyüş məğlubiyyəti olan ölkələrdən qaçan və yolları Carnival Row-da  bitən əfsanəvi canlılar da olacaq. Cara Delevigneni Vinyet Stonemoss rolu ilə bir pəri olaraq, Orlando Bloomu isə Rycroft Philostrate rolu ilə insan dedektifi olaraq izləmək mümkündür.

Qısa müddətli olan təqdimatda bu iki obrazı görürük və Delevignenin kəpənək qanadları xüsusi diqqət çəkir. Layihəyə dair digər adlar siyahısına David Gyasi (İnterstelslar), Karla Crom (Misfits), Indira Varma (Thrones of Game) və Tamzin Merchant (Salem)kimi simalar daxildir.