İsa Həbibbəyli: Orta məktəblər üçün yeni hazırlanan kurikulumlarda proqramlar sadələşdirilib


Digərləri 08 İyn 2019 08:00:00 158 0

İsa Həbibbəyli: Orta məktəblər üçün yeni hazırlanan kurikulumlarda proqramlar sadələşdirilib

Təhsil Nazirliyi tərəfindən yeni hazırlanmış "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsində proqramlar bir qədər sadələşdirilib, mənəvi-dəyərlər nəzərə alınıb.

Bakı. İlhamə İsabalayeva – Təhsil Nazirliyi tərəfindən yeni hazırlanmış "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsində proqramlar bir qədər sadələşdirilib, mənəvi-dəyərlər nəzərə alınıb. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, yeni sənəd layihəsində azərbaycançılıq ideyasına xüsusi diqqət yetilir: "Hazırda qüvvədə olan dövlət standartları layihəsi təxminən 10 il əvvəl hazırlanıb və onun yenilənməsinə ehtiyac var. Orada azərbaycançılıq, milli-mənəvi-dəyərlər az nəzərə alınmışdı. Nazirliyin yenidən hazırladığı sənəd layihəsində proqramlar bir qədər sadələşdirilib, mənəvi-dəyərlər nəzərə alınıb, azərbaycançılıq ideyasının təbliğinə xüsusi diqqət verilib". İ.Həbibbəyli "Təhsil haqqında" yeni qanuna təklif edilən dəyişikliyə - təhsil proqramlarının (kurikulumların) təsdiq edilməsinin dövlətin vəzifələri sırasından çıxarılmasına da münasibət bildirib.