Eden Azar "Real Madrid"də


Digərləri 08 İyn 2019 00:31:00 339 0

Eden Azar "Real Madrid"də

Futbol üzrə Belçika yığmasının yarımmüdafiəçisi Eden Azar İngiltərənin "Çelsi" klubundan İspaniyanın "Real Madrid" klubuna transfer olub

Bakı. Futbol üzrə Belçika yığmasının yarımmüdafiəçisi Eden Azar İngiltərənin "Çelsi" klubundan İspaniyanın "Real Madrid" klubuna transfer olub. Trend-in məlumatına görə, "Real Madrid" klubu rəsmi olaraq transferi təsdiq edib və 2024-cü ilə qədər oyunçu ilə müqavilə imzaladığını bildirib. Daha əvvəl "Çelsi" klubu E.Azarı "Real Madrid"ə bonuslar da daxil olmaqla 130 milyon funt qarşılığında satacağını bildirmişdi.