Yeni Zelandiyada Kraystçörç atıcısının fotolarının dərc olunmasına qadağa ləğv edilib


Dünya 07 İyn 2019 21:49:00 209 0

Yeni Zelandiyada Kraystçörç atıcısının fotolarının dərc olunmasına qadağa ləğv edilib

Yeni Zelandiyanın Ali Məhkəməsi ölkənin iki məscidində terror aktı törətmiş Brenton Tarrantın fotolarının kütləvi informasiya vasitələrində dərc olunmasına qadağanı ləğv edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Stuff" yerli portalı məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, əvvəllər telekanallar, qəzetlər və informasiya saytları B.Tarrantın fotolarını yalnız onun sifəti retuş edilmiş şəkildə dərc edə bilərdi.

"Bu barədə qərar ittiham tərəfinin cinayətkarın üzünün örtülməsinə daha ehtiyacın olmaması barədə bildirişinə görə ləğv edilir",- deyə hakim Kemeron Mander bildirib.


Xəbərə aid fotolar