Tereza Mey istefa verdi


Dünya 07 İyn 2019 20:08:17 226 0

Tereza Mey istefa verdi

Böyük Britaniyanın baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasının sədri vəzifəsindən gedib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qərarı barədə Mey özü partiya komitəsinə bildirib.

Qeyd edək ki, Tereza Mey varisi elan edilənədək baş nazir postunda qalacaq. Ehtimal olunur ki, iyulun ikinci yarısında Britaniya hökumətinin yeni rəhbəri elan olunacaq.

Xatırladaq ki, Mey mayın sonunda baş nazirlikdən istefa vermişdi. Hazırda bu posta 10 nəfər namizəd var.