"Heç bir ölkədə tarixi abidələrin ərazisindəki iaşə obyektlərinin sayını tənzimləyən qayda yoxdur"


Digərləri 07 İyn 2019 18:11:10 220 0

"Heç bir ölkədə tarixi abidələrin ərazisindəki iaşə obyektlərinin sayını tənzimləyən qayda yoxdur"

Dünyanın heç bir yerində tarixi abidələrin ərazisində yerləşən iaşə obyektlərinin sayını tənzimləyən qayda yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov tarixi məkanlarda restoranların fəaliyyət göstərməsinə münasibət bildirərkən jurnalistlərə deyib.

Qurum rəhbəri bildirib ki, istənilən tarixi ərazidə prioritet məsələ onun mühafizəsidir: "Abidəyə zərər vermədən ərazidə restoran, suvenir dükanları, digər iaşə obyektləri fəaliyyət göstərə bilər. Bu cür tarixi abidələr yerləşən ərazilərdə restoranların olması normaldır".

Ə.Ələkbərov qeyd edib ki, Kiçik Qala küçəsində yerləşən restoranların təmir-bərpa işləri iyun ayının sonuna yekunlaşacaq:

"Əvvəllər qala divarları boyu taxta konstruksiyalar olan restoranlar fəaliyyət göstərib. Hazırda bu restoranlar şüşə-dəmir konstruksiya ilə əvəz olunur".