"Azərsu": Babək prospektində su xəttindəki qəzanın aradan qaldırılmasına başlanılıb


Digərləri 07 İyn 2019 17:24:00 212 0

"Azərsu": Babək prospektində su xəttindəki qəzanın aradan qaldırılmasına başlanılıb

Bakının Xətai rayonu, Babək prospektində su xəttində baş verən qəzanın aradan qaldırılmasına başlanılıb.

Bakı. Samir Əli - Bakının Xətai rayonu, Babək prospektində su xəttində baş verən qəzanın aradan qaldırılmasına başlanılıb. Bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, əraziyə "Azərsu" ASC-nin qəza xidməti cəlb olunub: "Hazirda qəzanın yerinin müəyyən olunması işləri aparılır. texnika və işci cəlb olunub. Həmin ərazidə əhalinin su təchizatında problem yoxdur".