Türkiyədə meşələr yanır


Digərləri 07 İyn 2019 15:58:34 208 0

Türkiyədə meşələr yanır

Türkiyənin qərbindəki Muğla vilayətində meşə yanğınları qeydə alınıb

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin qərbindəki Muğla vilayətində meşə yanğınları qeydə alınıb. Trend-in məlumatına görə, yanğın 50 hektar ərazini əhatə edib. Alovun qarşısının alınması üçün 6 helikopter və çoxlu sayda yanğınsöndürən cəlb edilib. Yanğının səbəbi barədə məlumat verilməyib.