Erməni nazir Türkiyəyə qonaq getdi Qiymətli hədiyyələr aldı


Dünya 07 İyn 2019 15:44:00 216 0

Erməni nazir Türkiyəyə qonaq getdi  Qiymətli hədiyyələr aldı

Ermənistanın idman, mədəniyyət və turizm naziri İştan Zakaryanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfərə gedib. 

Son.az demokrat.az-a istinadən xəbər verir ki, səfər Türkiyənin Qars Bələdiyyəsinin dəvətilə reallaşıb. 

Səfər zamanı erməni naziri İrəvan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Edik Minasyan və onun müavini Aşot Soğomonyan müşayiət edib. 

Erməni nümayəndə heyəti Türkiyənin Qars şəhərində bir sıra görüşlər keçirib. Görüşün sonunda isə erməni nümayəndə heyətinə Qars Bələdiyyəsi rəhbərliyi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.  


Xəbərə aid fotolar