Dayənin sevgilisi uşağı öldürdü


Dünya 07 İyn 2019 12:14:00 227 0

Dayənin sevgilisi uşağı öldürdü

Dayənin sevgilisi onun baxdığı uşağı qətlə yetirib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, dayə sevgilisinə onun baxdığı uşağı öldürməsinə şərait yaratdığına görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

36 yaşlı Sharleen Hughes sevgilisi Michael Wild-in cinayət törətməsinə mane olmadığına görə həbs cəzası alıb.

30 yaşlı Michael Wild 22 aylıq Ella Rose Clover-i qətlə yetirib. Qadın sevgilisinin cinayətini ört-basdır etməyə çalışsa da, övladı öldürülən dostu onun yalanlarına inanmayıb və polisə müraciət edib.

Araşdırmalar nəticəsində Mayklın uşağı öldürdüyü təsdiqlənib. O və dayə sevgilisi Sharleen Hughes həbs edilib.


Xəbərə aid fotolar