Silahlılar Suriyanın Latakiya vilayətini atəşə tutub


Digərləri 07 İyn 2019 00:40:00 165 0

Silahlılar Suriyanın Latakiya vilayətini atəşə tutub

Silahlılar sutka ərzində Suriyanın yeddi yaşayış məntəqəsini atəşə tutublar

Bakı. Silahlılar sutka ərzində Suriyanın yeddi yaşayış məntəqəsini atəşə tutublar. Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib. V.Kupçişin qeyd edib: "Sutka ərzində "İdlib deeskalasiya bölgəsində" silahlılar Latakiya vilayətinin Rüyəsət-İsgəndər, Əl-Areym, Safsafa, İkko, Kinsibba, Nəxşebba və Cübb-əz-Zarur yaşayış məntəqələrini atəşə tutublar".