Qadın başqasının yanında dəstəmaz ala bilərmi?


Digərləri 06 İyn 2019 23:50:00 285 0

Qadın başqasının yanında dəstəmaz ala bilərmi?

Şəriətə görə, qadın ona naməhrəm olan kişilərin yanında hicaba riayət etməlidir. Bu qanun dəstəmaz almağa da şamil olur. Amma qadının hicabsız halda naməhrəmin yanında aldığı dəstəmaz batil deyil, baxmayaraq ki, günah edir. Məhrəm kişilərin yanında isə qadın rahatlıqla dəstəmaz ala bilər. Əlbəttə, burada da ürfdə (adət-ənənədə) hakim olan əxlaq normalarına riayət etmək lazımdır.