Türkiyədə Ramazan bayramı günlərində 61 nəfər yol qəzalarının qurbanı olub


Dünya 06 İyn 2019 23:06:00 241 0

Türkiyədə Ramazan bayramı günlərində 61 nəfər yol qəzalarının qurbanı olub

Türkiyədə Ramazan bayramı tətili günlərində baş verən yol-nəqliyyat hadisələri ağır nəticələrlə yadda qalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 31-də yerli vaxtla saat 18.00-dan iyunun 6-sı günorta saatlarına qədər ölkə üzə 136 qəza baş verib. Nəticədə 61 nəfər həyatını itirib, 429 nəfər yaralanıb. Orta hesabla hər gün 10 nəfərin ölümünə səbəb olan qəzaların davam etməsi ölkədə böyük narahatlıq yaratmaqdadır.