“Həzrət Davudun orucu” nə deməkdir?


Digərləri 06 İyn 2019 22:55:00 201 0

“Həzrət Davudun orucu” nə deməkdir?

Həzrət Davud (ə) Bəni-İsrail peyğəmbərlərindən biri və ədalətli hökmdar olmuşdur. O, əlinin zəhməti ilə dolanır, zireh toxuyub satırdı. Davud Peyğəmbər (ə) müstəhəb oruc tutmağı çox sevirdi. Amma ardıcıl olaraq hər gün deyil, günaşırı (bir gündən-bir) oruc tutardı. O həzrətdən sonra bu cür müstəhəb oruc tutmaq, yəni bir gün oruc olub, ertəsi gün olmamaq "Davudun orucu" adlanmağa başladı. Həzrət Mühəmməd Peyğəmbər (s) öz səhabələrinə bu cür oruc tutmağı tövsiyə edirdi. Bəzi səhabələr ardıcıl olaraq hər gün müstəhəb oruc tutmaq istəyəndə Peyğəmbərimiz onlara nəsihət edir, günaşırı oruc tutmağı, yəni "Davudun orucu"nu tutmağı məsləhət görürdü.