Geyiləbilən cihaz sağlamlıq gətirəcək


Digərləri 06 İyn 2019 22:45:00 183 0

Geyiləbilən cihaz sağlamlıq gətirəcək

Müxtəlif hormon və kimyəvi maddələrin tər vasitəsilə ölçülə bilməsi üçün yeni geyiləbilən bir cihaz hazırlandı. Əvvəllər təri ölçmək üçün ağır məşq hərəkətləri etmək lazım idi isə, biosensor əsaslı bu cihazın təri ölçmək üçün ağır məşqlərə gərək qalmadı.

ABŞ-ın aparıcı universitetləri arasında duran Sinsinnati Universitetindən bir qrup alim, qolbağın köməyilə dərinin kiçik bir hissəsində bədənin tər vəzlərini xəbərdar edən geyiləbilən bir cihaz hazırladı. Daha əvvəl də tərləməyi izləmək üçün hazırlanan cihazlar mövcud idi, lakin ağır fiziki hərəkətlər ön planda idi. Yeni hazırlanan bu cihaz ağır fiziki hərəkətlərə ehtiyac olmadan, müxtəlif hormonların və kimyəvi maddələrin tər vasitəsilə ölçülə bilməsini təmin edir.

Həmin qrup dərinin müəyyən bir bölgəsində tərləməyi xəbərdar etmək üçün üç addımlı bir üsul hazırladı. Əvvəlcə karbakol adlı bir kimyəvi maddə ehtiva edən gelin köməyilə tərləmə təmin edildi. Ardından biosensor ilə dəri arasında yaxşı təmas təmin etmək üçün bir köpük plombu hazırlandı. Daha sonra isə karbakolun dəriyə kiçik bir elektrik cərəyanı ilə istiqamətləndirilməsini təmin edən iontoforez adlı bir əməliyyat daxil edildi. Bu əməliyyatın cihazın geyildiyi bir neçə gün boyunca tər əsaslı sensor nəticələrini müvəffəqiyyətlə çıxardığı müşahidə edildi.

Sağlamlıq sektorunda inqilab yarada biləcək bu biosensorların geniş bir istifadə sahəsi mövcuddur.