Telefon ekranındakı pikselden milyon qat daha kiçik piksel


Digərləri 06 İyn 2019 21:15:00 197 0

Telefon ekranındakı pikselden milyon qat daha kiçik piksel

Qızıl və aktiv polimerlər istifadə edilərək, bu günə qədər yaradılmış ən kiçik piksellər əldə edildi.

Smartfonların ekranları, monitor texnologiyalarının inkişafına şahidlik etmiş olanlar üçün sanki bir möcüzə kimidir. Elektron CRT monitorlardan bu günə qədər olan səfərdə pikseller həyatımıza daxil oldu və bir neçə düymlük sahəyə minlərlə piksel sığacaq qədər kiçildilər.

Yeni bir texnologiya isə bu ekranları köhnə göstərəcək yeni ekranların yolunu açmağa hazırlanır. Kembric Universitetinin araşdırmaçıları dünyadakı ən kiçik pikselləri yaratmağı bacardı. Bu yeni piksellər telefonlardakı piksellərdən milyon dəfə daha kiçikdir.

Yeni pikselləri istifadə edərək nəhəng, elastik ekranlar yaratmaq nisbətən daha asan olacaq və daha az enerji sərf edəcək. Bu texnologiyanın təməlində isə, qızıl tozunun aktiv polimerlə örtülməsi iştirak edir. Yalnız bir neçə nanometrelik qızıl tozları, polianilin adı verilən bir aktiv polimer ilə örtülərək işığı tutan bir əksetdirici səthə yerləşdirilir. Polimerə elektrik verildiyində polimer kimyəvi olaraq dəyişərək, pikselin də rəngini dəyişdirir.