ABŞda zirehli avtomobil qəzaya uğrayıb: bir nəfər həlak olub


Dünya 06 İyn 2019 20:44:00 286 0

ABŞda zirehli avtomobil qəzaya uğrayıb: bir nəfər həlak olub

ABŞ-da zirehrli avtomobilin qəzaya uğraması nəticəsində bir nəfər kursant həlak olub, 22 nəfəri isə xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Vest-Point hərbi akademiyasının yaxınlığında baş verib.

Məlumata əsasən, insident yerli vaxtla 6.45 radələrində baş verib.

Xəsarət alanlar xəstəxanaya göndərilib. Hadisə ilə bağlı araşdırma aparılır..