"Quran bizə bəsdir, hədislərə ehtiyac yoxdur" fikiri düzgündürmü?


Digərləri 06 İyn 2019 19:40:00 217 0

"Quran bizə bəsdir, hədislərə ehtiyac yoxdur" fikiri düzgündürmü?

Bu, yanlış fikirdir. Qurani-kərim müsəlmanlar üçün nə qədər mühüm olsa da, onunla bütün suallara cavab vermək qeyri-mümkündür. Altı mindən bir qədər çox cümlənin içində hər şey barədə məlumat verilməsini gözləmək sadəlövhlükdür. Quran İslamın əsas prinsiplərini, əqidə əsaslarını, əxlaqi dəyərləri, şəriət hökmlərinin qayəsini bəyan edir. Bütün bunların xırdalıqları isə mübarək sünnədə göstərilib.

Son.az islam.az-a istinadən bildirir ki, Peyğəmbər əbəs yerə 23 il insanların arasında yaşamayıb. Bu müddət ərzində o, müsəlmanların bilməsi gərək olan bütün məsələləri öz hərəkətləri və sözləri ilə öyrədib. Ən sadə misalla bunu deyək ki, məsələn, Quran namaz qılmağı əmr edir. Amma namazın qılınma qaydasını hədislərdən əldə edirik. Bu kimi bütün qalan mövzularda da müsəlmanların müraciət mənbəyi Quranla yanaşı sünnədir.