Nazir polis rəisini təqaüdə göndərdi


Digərləri 06 İyn 2019 18:46:00 227 0

Nazir polis rəisini təqaüdə göndərdi

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Son.az oxu.az-a istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Polis Bölməsinin rəisi Tahir Həsənov yaşa görə işdən azad olunub.

Onun yerinə Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin rəisi polis polkovniki-leytenantı Üzeyir Atamov təyin edilib.