Bakıda İran sobası bazarı qaynayır: “Baba, təhlükəsi yoxdur...” REPORTAJ FOTO


Digərləri 06 İyn 2019 17:33:00 320 0

Bakıda İran sobası bazarı qaynayır: “Baba, təhlükəsi yoxdur...”  REPORTAJ  FOTO

Qaynar yay mövsümü olsa da, insanlar indidən qışa tədarük görməyə başlayıblar. Bu, həm də qiymət baxımından fürsətdir.

Söhbət ölkəyə vətəndaşlar tərəfindən gətirilməsi qadağan edilən İran sobaları satılan ticarət mərkəzlərindəki şıdırğı alverdən gedir.

Son.az bildirir ki, musavat.com-un əməkdaşı paytaxtın "Sədərək" bazarındakı İran sobası satılan dükanlarda müştəri bolluğunun şahidi olub.

Buna səbəb payız və qış aylarında İran sobalarının daha baha qiymətə satışa çıxarılmasıdır. Ona görə də fürsətdən istifadə edən vətəndaşlar mağazalara axışıblar.

Əslində, İranda bu sobaların qiyməti 70-80 manatdır. Azərbaycanda isə 150-210 manat arasında dəyişir. Məsələn, 50 kvadratlıq soba da, 90 kvadratlıq soba da 145-150 manata satılır. Qiymətdə eynilik, kvadratlarda ciddi fərq olması zahiri görünüşə görə dəyişir.

Sadəcə, 50 kvadratlıq soba daha fərqli görünüşə malikdir. Amma müştərilər deyirlər ki, geyim deyil, avtomobil deyil, əsas görüntüsü yox, evi necə isti eləməsidir. Odur ki, daha böyük kvadrat almağa üstünlük verməyə çalışın.

Hazırda 100 kvadratlıq İran sobası 180 manatdır. Amma ondansa elə 150 kvadratlıq soba alın, qiyməti 200-210 manatadır.

Cəmi 20 manat artıq verəcəksiniz, əvəzində 150 kvadratmetrlik sahəni qızdırmaq gücünə qadir sobaya sahiblənəcəksiniz.

Satıcılar deyirlər ki, İran sobalarının heç bir təhlükəsi yoxdur. Hətta sobanı açıq qoyub evdən çıxa bilərsiniz, qaz kəsiləndə, avtomatik soba da sönür.

Onların sözlərinə görə, bu sobaların əsas üstünlüyü ekonomik olmasıdır: "150 kvadratlıq sobanın 90 kvadratlıqdan fərqi budur ki, siz qazı aşağı təzyiqlə qoyub bütün otaqları hamam kimi edəcəksiniz, qaz pulu az yazacaq.