Türkiyə İraqın şimalında daha 5 terrorçunu məhv etdi


Digərləri 06 İyn 2019 14:59:22 158 0

Türkiyə İraqın şimalında daha 5 terrorçunu məhv etdi

Türkiyə hərbçiləri İraqın şimalında keçirdikləri əməliyyat zamanı daha 5 PKK terrorçusunu zərərsizləşdiriblər.

Bakı. Türkiyə hərbçiləri İraqın şimalında keçirdikləri əməliyyat zamanı daha 5 PKK terrorçusunu zərərsizləşdiriblər. Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin yaydığı xəbərdə qeyd edilib. Məlumata görə, əməliyyat Xakurk və Zal rayonlarında aparılıb. Qeyd edək ki, Türkiyə Hərbi Qüvvələri bu rayonlarda əməliyyatlara mayın 28-də başlayıb. Əməliyyatlara xüsusi təyinatlılar, eləcə də "Atak" vertolyotları cəlb olunub.