"WhatsApp"ın işində problem yarandı


Digərləri 06 İyn 2019 14:18:00 248 0

"WhatsApp"ın işində problem yarandı

"WhatsApp" mesencerinin işində problem yaranıb.

Bakı. TRend: "WhatsApp" mesencerinin işində problem yaranıb. Trend-in məlumatına görə, problem bir çox ölkələrdə müşahidə olunub. İstifadəçilər məlumatların qəbul edilib ötürülməsi (64 faiz), şəbəkəyə qoşulmaq (32 faiz) və sistemə daxil olarkən (3 faiz) problemlərlə qarşılaşdıqlarını bildiriblər. Qeyd olunur ki, əsasən Belçika, Almaniyada "WhatsApp" istifadəçiləri üçün problemlər yaranıb.