Paytaxtda batut və tamblinq üzrə Bakı Çempionatı və Birinciliyi keçirilir


Digərləri 06 İyn 2019 13:46:32 187 0

Paytaxtda batut və tamblinq üzrə Bakı Çempionatı və Birinciliyi keçirilir

Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında Batut gimnastikası üzrə 5-ci və Tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyi start götürüb.

Bakı. Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası üzrə 5-ci, tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyi start götürüb. Trend-in məlumatına görə, yarışlarda Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu və Neftçi İdman Klubunu təmsil edən ümumilikdə 66 gimnast iştirak edəcək. Qeyd edək ki, iştirakçılar “balacalar”, “uşaqlar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında mübarizə aparacaqlar.