SOCAR "Star" NEZ-də emal üçün İran neftinin idxalından imtina edir


Digərləri 06 İyn 2019 12:57:00 218 0

SOCAR "Star" NEZ-də emal üçün İran neftinin idxalından imtina edir

Gələn ay Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki "Star" neft emalı zavodunda (NEZ) emal üçün İraqdan xam neft alacaq.

Bakı. Ləman Zeynalova - Gələn ay Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki "Star" neft emalı zavodunda (NEZ) emal üçün İraqdan xam neft alacaq. Trend-in məlumatına görə, bu barədə "SOCAR Turkey Energy"nin rəhbəri Zaur Qəhrəmanov deyib. O qeyd edib ki, İranın xam neftindən istifadə edən emal zavodları gələcəkdə ABŞ-ın sanksiyaları ucbatından problemlə üzləşə bilərlər. "SOCAR Turkey Energy"nin rəhbərinin sözlərinə görə, bu günə qədər "Star" neft emalı zavodu tərəfindən 1,5 milyon ton xam neft alınıb: