ABŞda həkim ağrıkəsici ilə 25 xəstənin canını aldı


Dünya 06 İyn 2019 08:10:00 217 0

ABŞda həkim ağrıkəsici ilə 25 xəstənin canını aldı

ABŞ-ın Ohayo ştatından olan həkim Uilyam Hyuzelə qarşı ağrıkəsicinin dozasını qəsdən artırmaq yolu ilə 25 nəfəri öldürməkdə ittiham irəli sürülüb.

Son.az oxu.az-a istinadən bildirir ki, qətlin bir hissəsi Hyuzelin göstərişi ilə digər həkimlər tərəfindən həyata keçirilib, lakin onlar məsuliyyətə cəlb olunmayıblar.

Bildirilir ki, xəstələr 2015-2018-ci illər arasında öldürülüblər. Qətlə yetirilənlərin əksəriyyəti ağciyərin süni ventilyasiyası apparatına qoşulmuş olublar və pallitiv kömək alırdılar.