İraqda terror aktını qarşısı alınıb


Dünya 06 İyn 2019 08:13:00 240 0

İraqda terror aktını qarşısı alınıb

İraqın Anbar əyalətində Ramazan bayramı zamanı terror aktının qarşısı alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İraqın Müdafiə Nazirliyinin "Facebook" səhifəsində deyilir.

Məlumat bildirilir: "Dəqiq məlumat əsasında, gözlənilməzlik elementi və icra sürəti əsasında xüsusi əməliyyat zamanı 7-ci Hərbi Kəşfiyyat İdarəsinin dəstələri bölmə komandirinin müavinin və 29-cu diviziya və batalyonun kəşfiyyatının iştirakı və beynəlxalq koalisiya ilə qarşılıqlı fəaliyyət nəticəsində Anbar əyalətinin Əl-Bağdadi rayonunda Ramazan bayramı zamanı dinc sakinlərə qarşı yönəldilmiş böyük terror aktının qarşısı alınıb".

Qeyd edilir ki, xüsusi əməliyyat zamanı üzərlərində partlayıcı qurğu olan 7 terrorçu məhv edilib. Bildirilir ki, terrorçuların üzərində həmçinin müxtəlif silahlar da olub.