Amerikalıların əksəriyyəti hesab edir ki, Tramp 2020ci ildə prezident seçkilərində qalib gələcək


Dünya 06 İyn 2019 07:45:00 235 0

Amerikalıların əksəriyyəti hesab edir ki, Tramp 2020ci ildə prezident seçkilərində qalib gələcək

Amerikalıların əksəriyyəti hesab edir ki, ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu "CNN" telekanalı "SSRS" müstəqil araşdırma xidmətinin keçirdiyi sorğunun nəticələrinə istinadən xəbər yayıb.

Nəticələrə əsasən, sorğuda iştirak edənlərin 54 faizi D.Trampın 2020-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyini, 41 faizi uduzacağını hesab edib, 5 faizi isə bu məsələdə qərarsız olub.

Telekanal xatırladıb ki, ötən ilin dekabr ayında keçirilən sorğuda iştirak edənlərin 51 faizi D.Tramp seçkilərdə uduzacağını bildirirdilər.