Azərbaycanda tikinti materiallarının istehsalı artıb


Digərləri 05 İyn 2019 21:10:00 253 0

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalının ümumi məbləği 240,1 milyon manat təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Hesabata əsasən, asfalt istehsalı 2,2 dəfə, tikinti blokların və sementdən, süni daşdan və betondan kərpic istehsalı 73,7 faiz, tikinti kərpicinin istehsalı 69,8 faiz artıb.

Eyni zamanda tikinti gipsinin istehsalı 61,8 faiz, beton tikinti konstruksiyalarının istehsalı 52,5 faiz azalıb.

Məhsulun növü

2019-cu ilin yanvar-aprel aylarında istehsal olunub

2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə dəyişiklik (faiz)

01.05.2019 tarixinədək anbarlarda hazır məhsulun miqdarı

Sement (min ton)

996,3

105,2

94,9

Tikinti gipsi (min ton)

1,9

38,2

2,1

Tikinti əhəngi (min ton)

13,1

141,5

0,9

Tikinti blokları və kərpiclər (min ton)

44,0

173,7

34,0