Teztez əvəlik yeməyin cana faydası Vitamin bombasıdır


Digərləri 05 İyn 2019 19:39:00 252 0

Teztez əvəlik yeməyin cana faydası  Vitamin bombasıdır

Əvəlik Azərbaycanda çox istifadə olunan bitkidir. Tərkibində o qədər vitamin var ki, saymaqla bitməz. Onda limonda olduğundan da çox C vitamini  var. Bu vitamin dəmirin mənimsənilməsini təmin edir. A, E, PP və B qrup vitaminləri ilə zəngindir. Təbii askorbin turşusudur, qanı durulaşdırır. Antioksidant təsiri var.

Əvəliyin həm təzə yaşılı, həm qurudulmuşu xalq təbabəti və mətbəximizdə istifadə olunur.

Son.az medicina.az-a istinadən əvəliyin bilmədiyiniz 10 faydasını təqdim edir. Bol -bol yesəniz bu problemlərinizə təbii çarə edə bilərsiniz.

1.Askorbin turşusu olduğundan qan damarlarının keçiriciliyini yaxşılaşdırır, qanı  qovur,  beynin işini aktivləşdirir 2.A vitamini bol olduğu üçün gözlərdə itiliyi artırır

3.B qrup vitamini ilə zəngindir, ona görə sinir, əsəb sistemini möhkəmləndirir, stress, yuxusuzluq, xroniki yorğunluq, nevrozda yeyilməlidir 4.Dəmirlə zəngindir, qanın keyfiyyətini yaxşılaşdırır, qan dövranını artırır, qanazlığında çox yeyilməlidir 5.Döyülmüş yarpaqları və şirəsi dəri zədələnməsi, yanıq, yara, səpki, sızanaqda çəkilir. 

6.Əvəlik sümük, dırnaq və dişləri möhkəmlədir. Kollagenlə təmin edir. Sümükləri uzadır.  7.Ürək üçün vacibdir. Orqanizmdə maye balansını təmin edir. Ürək-damara təzyiqi azaldır. İnfarkt və işemik xəstəlik riskini azaldır 8.Sinusit, haymorit, angina, burun-qulaq-boğaz orqanlarının infeksiyaları, iltihabında istifadə  olunur.