SOCAR Antipisk Neft Emalı Zavodunun səhmlərinin 80 faizini alıb


Digərləri 05 İyn 2019 19:24:00 273 0

SOCAR Antipisk Neft Emalı Zavodunun səhmlərinin 80 faizini alıb

Rusiyanın "SOCAR ENERQORESURS" MMC şirkəti Antipisk Neft Emalı Zavodunun səhmlərinin 80 faizini alıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Sberbank"a istinadən xəbər verir.

Məlumata əsasən, onun iştirakçıları bir qrup investor və "Sberbank"dır.

Beləliklə, birgə müəssisə zavod, həmçinin Orenburq vilayətindəki yataqlar üzrə nəzarəti ələ keçirib.

Hazırkı mərhələdə zavodun yeni sahiblərinin əsas məsələləri zavodun işə salınmasını, onun fasiləsiz fəaliyyətini, daixili və xarici bazara neft məhsullarının tədarükünü, federal və regional büdcəyə stabil vergi daxilolmasını təmin etməkdir.