Çay məhsullarında bağırsaq çöpü və kif tapıldı


Digərləri 05 İyn 2019 15:24:00 243 0

Çay məhsullarında bağırsaq çöpü və kif tapıldı

Rusiyada satışda olan ən məşhur çaylar arasında aparılan yoxlamalar nəticəsində onların bəzilərində baxırsaq çöpü bakteriyaları, kif və pestisid qalıqları tapılıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Rusiya Keyfiyyət Sistemi ("Roskaçestvo") ekspertləri tərəfindən aparılmış yoxlama 35 ticarət markasına aid olan 48 çay məhsulunu əhatə edib.

Məhsullar 178 keyfiyyət və təhlükəsizlik göstəricilərinə əsasən yoxlanılıb.

Yoxlamalar nəticəsində 11 ticarət markasına aid birdəfəlik çay məhsulunda bağırsaq çöpü bakteriyaları aşkar olunub. Bundan başqa iki ticarət markasına aid olan paketlənmiş çay məhsullarında kifin icazə verilən səviyyədən iki-dörd dəfə yüksək olduğu qeyd olunur.

Mütəxəssislər həmçinin 40 çay məhsulunda pestisid qalıqları aşkar ediblər. Lakin onlarda pestisidin səviyyəsi insan sağlamlığına təhlükəli həddi keçmir.