BBAK: Ötən gün 13 mindən artıq sərnişin daşınıb


Digərləri 05 İyn 2019 14:49:00 241 0

BBAK: Ötən gün 13 mindən artıq sərnişin daşınıb

4 iyun tarixində şəhərlərarası istiqamətlərə 484 reyslə 13 559 sərnişin daşınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

Onun sözlərinə görə, sərnişin sıxlığı daha çox Gəncə, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərində olub:

"Bu dəqiqələrə olan statistikaya görə, 228 reyslə 6700 sərnişin bölgələrə yola salınıb. Günün sonuna qədər bu rəqəmin 10 000-ə yaxın olacağı gözlənilir. Beynəlxalq istiqamətlərə isə 30 reyslə 1100 sərnişin yola salınıb ki, ən çox sərnişin axını İstanbul şəhərinə olub".