Danimarkada parlament seçkiləri başlayıb


Dünya 05 İyn 2019 13:54:00 228 0

Danimarkada parlament seçkiləri başlayıb

Danimarkada parlament seçkiləri başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkədə seçki məntəqələri yerli vaxtla saat 9:00-da açılıb.

Seçkilərdə ümumilikdə 13 partiyadan 900-dən çox namizəd 179 mandat uğrunda mübarizə aparır.

İctimai rəy sorğuları göstərir ki, sol mərkəz blokunun mandatın əksəriyyətini əldə etməyə daha çox şansı var.