"Bu həyatdan təəssüf hissi keçirmədən gedəcəm"


Şou-biznes 05 İyn 2019 13:59:00 246 0

"Bu həyatdan təəssüf hissi keçirmədən gedəcəm"

Əməkdar artisti Rəşidə Rəşid sosial şəbəkədən uzaqlaşmaq istəyini deyib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda status yazaraq, bunları qeyd edib:

"Hörmətli, əziz, sevimli dostlar! Getmək niyyətindəyəm. İzah edəcək bir şey yoxdur. Həqiqətin zəhərlənməsindən xəstəyəm... Bu həyatdan virusum var. Dahi Delon dediyi kimi, vaxtı gələndə bu həyatdan zərrə qədər təəssüf hissi keçirmədən gedəcəm. Hələ ki belə. Narahat olmayın".

Qeyd edək ki, opera ifaçısı olan Rəşidə Rəşid dahi bəstəkar Rəşid Behbudovun qızıdır.