Masazırda mağazada 30 min dollarlıq qızıl əşyalar oğurlayan şəxs tutulub


Digərləri 05 İyn 2019 13:27:50 223 0

Masazırda mağazada 30 min dollarlıq qızıl əşyalar oğurlayan şəxs tutulub

Masazır qəsəbəsi ərazisindəki mağazaların birində A.Çaruxçerin içərisində qızıl-zinət əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən F.Hacıyev saxlanılıb

Bakı. Masazırda mağazada 30 min dollarlıq qızıl əşyalar oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də Masazır qəsəbəsi ərazisindəki mağazaların birində A.Çaruxçerə məxsus içərisində 30.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini F.Hacıyev saxlanılıb.