Azərbaycanın məscidlərində bayram namazı qılınıb


Digərləri 05 İyn 2019 09:04:00 183 0

Azərbaycanın məscidlərində bayram namazı qılınıb

Ramazan bayramı ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün Ramazan ayının başa çatması münasibətilə saat 09:00-dan etibarən (bəzi məscidlərdə 08:00) Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə bayram namazları qılınıb.

Yüz minlərlə insan məscidlərdə namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

Təzəpir məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.