Gürcüstanda gündəlik tələbat məhsullarının qiyməti artıb


Dünya 05 İyn 2019 04:30:00 240 0

Gürcüstanda gündəlik tələbat məhsullarının qiyməti artıb

Cari ilin may ayında Gürcüstanda inflyasiyanın həddi proqnozlardan 0,5 faiz artıq olub. İllik müqayisədə isə inflyasiya 4,7 faiz çox olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 2017-ci ildən sonra illik inflyasiya Milli Bankın müəyyən etdiyi 3 faizlik həddən də yuxarı olub. Eyni zamanda, ölkədə alkoqolsuz içkilərin və bir sıra ərzaq məhsullarının qiyməti artıb.

Ümumilikdə, tərəvəz və bostan bitkilərinin qiyməti 33,7 faiz, balığın qiyməti 13,5 faiz, çörək və çörək məmulatları 11,6 faiz, ət və ət məhsullarının qiyməti 7,2 faiz, eləcə də mineral sular, alkoqolsuz içkilər və natural şirələr 4,8 faiz, tütün 44,6 faiz bahalaşıb. Meyvə və üzümün qiymətində 19,9 faiz ucuzlaşma müşahidə olunub.