“Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başa çatıb


Digərləri 05 İyn 2019 04:06:40 240 0

“Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başa çatıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə iyunun 1-dən start götürən “Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başa çatıb.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə iyunun 1-dən start götürən “Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başa çatıb. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 4-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin bağlanış mərasimi, qaliblərin mükafatlandırılması və laureatların qala-konserti keçirildi. Mərasimdə çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov müsabiqənin uğurla yekunlaşdığını diqqətə çatdırdı, təşkilat komitəsinə, pedaqoq və iştirakçılara təşəkkürünü bildirdi, gənc ifaçılara yeni uğurlar arzuladı. Münsiflər heyətinin sədri, Xalq artisti Murad Hüseynov müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, ölkəmizdə çoxsaylı beynəlxalq festival və müsabiqələr sırasına daha bir uğurlu layihənin qoşulması əlamətdar hadisədir. Həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Sevindirici haldır ki, yaradıcı gənclərimiz bu müsabiqələrdə bacarıqlarını nümayiş etdirir və özlərini təsdiq etmək imkanı qazanırlar. Daha sonra hər yaş kateqoriyası üzrə I, II, III yerlər, eləcə də laureat və xüsusi diplom olmaqla qaliblərə mükafatlar təqdim edildi. Müsabiqənin laureatlarının qala-konsertindən əvvəl mədəniyyət naziri Əbülfəs Qarayev təşkilat komitəsinin üzvləri və münsiflər heyəti ilə görüşdü. Görüşdə nazirin birinci müavini Vaqif Əliyev də iştirak edirdi. Nazir ölkəmizdə qonaq olan münsifləri salamlayaraq Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq festival və müsabiqələr haqqında məlumat verdi. Pianoçuların I Beynəlxalq müsabiqəsini gözəl təşəbbüs kimi dəyərləndirən Əbülfəs Qarayev belə layihələrin davamlı olmasını və daha geniş miqyasda reallaşmasının əhəmiyyətli olacağını bildirdi.