Avropa, Yaxın Şərq və Afrika bazarlarında planşet satışı üzrə liderlik mübarizəsi


Digərləri 04 İyn 2019 23:56:00 283 0

Avropa, Yaxın Şərq və Afrika bazarlarında planşet satışı üzrə liderlik mübarizəsi

IDC analitiklərinin hesablamalarına görə, Avropa, Yaxın Şərq və Afrikanı əhatə edən EMEA (Europe, the Middle East and Africa) regionuna ötən rübdə 9,7 milyon planşet göndərilib. Rübün nəticələrinə görə azalmaqda olan bazarın lideri "Samsung"u bu mövqedə sıxışdıran "Apple" şirkəti olub.

Son.az ted.az-a istinadən bildirir ki, "Apple" il ərzində tədarükünü 1,982-dən 2,314 milyona qədər artıra bilib ki, bu da onun payının 18,28% - dən 23,95% - ə qədər artmasına səbəb olub.

İkinci yerdə bir qədər geriləmə ilə "Samsung" şirkətidir. O, tədarükün miqdarını bir il ərzində 2,497-dən 2,212 milyona qədər azaldıb. Bu müddət ərzində Cənubi Koreya istehsalçısının payı 23,02% - dən 22,89% - ə düşüb.

Üçüncü yer, tədarükünü keçən ilki səviyyədə (1,045mln. qurğu 2018-ci ilin birinci rübündə olan 1,039 milyon qurğuya qarşı) saxlayan  "Huawei" şirkətinə məxsusdur. Bazar payı azaldığı üçün "Huawei"ın payı 9,58% - dən 10,81%-dək artmış hesab olunur.