Novxanıda 6 yaşlı uşağı restoranda it dişləyib


Digərləri 04 İyn 2019 23:21:00 206 0

Novxanıda 6 yaşlı uşağı restoranda it dişləyib

Mayın 31-də Novxanıda “Diana” restoranında 6 yaşlı uşağı it dişləyib

Bakı. Mayın 31-də Novxanıda “Diana” restoranında 6 yaşlı uşağı it dişləyib. Trend-in məlumatına görə, bu barədə azyaşlının valideyni bildirib. Onun sözlərinə görə, hadisə ofisiantların gözü önündə baş versə də, müdaxilə edən olmayıb. “Uşağın əlində çörək olub, ona görə it üstünə cumub. Gömrük Xəstəxanasında üzünə tikiş qoyuldu, 1 saylı Şəhər Kliniki Xəstəxanasında (“Semaşko”) vaksin vurdurduq”.