SpaceX şirkəti kosmosa 60 peyk buraxacaq


Digərləri 04 İyn 2019 23:10:00 225 0

SpaceX şirkəti kosmosa 60 peyk buraxacaq

SpaceX şirkəti qlobal internetə çıxış əldə etmək üçün ilk peyk qrupunu orbitə buraxacaq.

Son.az deyerler.org-a istinadən bildirir ki, Floridada axşam saatlarında, "Falcon-9" raketi sürətli internet paylamaq qabiliyyətinə malik olan 60 peyki orbitə çıxarıb. İlon Maskın rəhbərlik etdiyi şirkət gələcəkdə "Starlink" şəbəkəsini genişləndirərək, aparatların sayını 12 minə çatdırmağı planlaşdırır.

SpaceX, kommunikasiya peyklərinin şəbəkəsini yaratmağa icazəsi olan yeganə şirkətdir.

Qeyd edək ki, "Amazon" şirkəti də kosmos tədqiqatları üçün orbitə yaxın məsafəyə 3200 peykin buraxacağı "Project Kuiper" layihəsini hazırlayır.