Hansı ölkə nə vaxt bayram edir?


Digərləri 04 İyn 2019 21:05:00 198 0

Hansı ölkə nə vaxt bayram edir?

Məlum olduğu kimi, bu il Ramazan ayını həm mayın 6-dan, həm də mayın 7-dən başlayanlar oldu. Bu hala, yeni ayın başlaması ilə bağlı metodoloji fərqlərə görə hər il rast gəlirik.

Bayram günü məsələsində də fərqli nəzərlər ortaya çıxıb. Belə ki, bir sıra ölkələr bu günü, iyunun 3-nü Ramazan ayının son günü, sabahı, yəni 4 iyunu isə Şəvval ayının 1-i, yəni Fitr bayramı elan ediblər.

Son.az islam.az-a istinadən bildirir ki, əsas fərq yeni ayın hilalının gözlə ya cihazla və harada görünməsi ilə bağlıdır.

Amma yenə də hər ilki kimi "bütün dünya bayram etdi, bircə Azərbaycan qaldı" kimi iddialar da tamamilə yanlışdır.

Biz bu saata qədər bayramı rəsmən elan etmiş ölkələrin siyahısını əlimizə çatmış məlumatlara əsasən təqdim edirik. Yeni məlumatlar daxil olduqca, xəbər yenilənəcək. Oxuculardan da xahiş edirik ki, yeni məlumatları olsa, xəbərin linkini şərh bölümünə yazsınlar.

Beləliklə, 4 iyunu bayram elan edən müsəlman ölkələri:

Səudiyyə Ərəbistanı,

Bəhreyn,

BƏƏ,

Türkiyə,

Mərakeş,

Uqanda,

Efiopiya,

Somali,

Tunis,

Qətər,

Niger.

Bayramı 5 iyuna elan edən ölkələr:

Azərbaycan,

İndoneziya,

Malayziya,